Deniz Mall ZAFFERANO restoranı
"Zafferano" italyan dilindən tərcümədə "zəfəran" -
Azərbaycan mətbəxinin yeməklərinə də əlavə olunan ən qədim
və ən bahalı ədviyyat mənasını verir. Müxtəlif növ ət
yeməkləri və plov çeşidləri təklif edilən Zafferano-da
müasir Bakı mətbəxindən 12 növ ətirli kabab, əl ilə
hazırlanan ləzzətli mini qutablar, ətirli ədviyyatlar, incə
marinadlar, məşhur Bakı göyərtiləri, ən təzə tərəvəzlərlə
hazırlanmış ləziz yeməklər təqdim olunur. Sadəcə milli
mətbəximizdən deyil, Avropa mətbəxinin sevdiyiniz yeməkləri
də Zafferano menyusunda yer alır.